We are discovering new horizons

We are discovering new horizons

Consumer loans

8 saat
200 AZN
Azərbaycan

Kimlər üçün nəzərdə tutulub

Kredit işçiləri, filial müdirləri və filialların kredit mütəxəssisləri, istehlak kreditləri üzrə qərar qəbul edən və məşğul olan menecer və mütəxəssislər

Proqramın qısa məzmunu

Təqdimat və ilkin test

Modul 1. İstehlak kreditlərinin mahiyyəti

  • İstehlak kreditlərinin mahiyyəti və xarakteristikası
  • İstehlak kreditlərin iştirakçıları və təşkilati strukturu
  • İstehlak kreditlərin növləri


Modul 2. İstehlak kreditlərinin qiymətləndirilməsi         

  • İstehlak kreditlərinin qiymətləndirilməsi
  • Skorinq modelinin qiymətləndirmədə rolu
  • İstehlak kredit sifarişinin təhlili


Modul 3. İstehlak kreditlərinin idarə edilməsi         

  • İstehlak kreditində reaktiv və proaktiv monitorinq
  • İstehlak kreditlərin portfelinin təhlili


Modul 4. Problemli istehlak kreditləri ilə iş         

  • Kreditin geri alınması metodları və problemli kreditlərlə iş
  • İstehlak kreditlərinin gəlirliliyi, kredit və lizinq məhsullarının növləri


Yekun test və sertifikasiya

Kursun sonunda dinləyilər aşağıdakıları biləcəklər:

  • İstehlak kreditlərinin mahiyyəti
  • Kreditin şəxsi qiymətləndirilməsi metodları
  • ”Təhlükəli” və ”təhlükəsiz” kreditlər üzrə qərarlar qəbul edilən zaman nəzərə alınan amilləri
  • Kredit reyestrinin əhəmiyyəti
  • Kreditə nəzarət sisteminin əhəmiyyəti
  • Kreditin məcburi qaytarılmasının hüquqi proseduraları
  • Fiziki şəxslərin kreditləşdirilməsində gəlirliliyə təsir edən amilləri
Rauf Ağayev
Rauf Ağayev

Təlimçi | Məsləhətçi

Təhsili

  • Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun fransız dili fakültəsi (hazırkı Azərbaycan Dillər Universiteti) 1985-ci il


İş təcrübəsi

  • AB TACIS Proqramının “Regional Kənd Təsərrüfatı İslahatları” layihəsinin Baş Kredit Meneceri
  • AB TACIS Proqramının “Kənd Yerlərində Bankçılığa Yardım” layihəsi
  • AB TACIS Proqramının yardımı ilə yaranmış “Aqrar Kredit Fondu” bank olmayan kredit təşkilatı
  • “Unibank” Kommersiya Bankı
    2004-cü ilin aprelindən, Azərbaycan Bank Tədris Mərkəzində, kredit biznesi üzrə menecer və tədris üzrə menecer
  • 2012-ci ilin mart ayından Azərbaycan Bank Tədris Mərkəzində Biznesin İnkişafı Meneceridir


Digər nailiyyətlər:

  • 2005-ci ildə R. Ağayev İrlandiyanın İxrac Akademiyasının (Export Academy)”Beynəlxalq ticarət üzrə mütəxəssis” (International Trade Specialist) beynəlxalq sertifikasiya proqramını müvəffəqiyyətlə bitirmiş və akkreditasiya diplomunu almışdır.
  • 2011-ci ildə R. Ağayev ABTCtest onlayn test platformasının yaradılmasına rəhbərlik etmiş və 2012-ci ildən etibarən platformanın baş administratorudur.
  • 2012-ci ildə Rauf Ağayev e-ABTC onlayn təlim portalının yaradılmasına rəhbərlik edib və 2013-cü ildən etibarən portalın baş administratoru, məzmun yaradıcısı və təlimçisidir.
  • 2013-cü ilin fevral ayında beynəlxalq dərəcəli “Certified PPA Practitioner” sertifikasiyasından keçmiş R. Ağayev Thomas International psixometrik dəyərləndirmə xidmətlərinin Azərbaycanda distributoru olan Azərbaycan Bank Tədris Mərkəzinin Thomas (Azerbaijan) platformasının baş administratorudur.
  • 2021-ci ilin iyun ayında beynəlxalq dərəcəli “Personality (HPTI) Certified User” sertifikasiyasından keçmişdir.
MÖVZU QRUPUNA AİD DİGƏR TƏLİMLƏR
  • Kredit
  • Təlim işinin təşkili
  • Microsoft Office proqramları
  • DISC tipologiyası

“Certified PPA Practitioner” sertifikasiya proqramı