We are discovering new horizons

We are discovering new horizons

International Financial Reporting Standards

28 saat
600 AZN
Azərbaycan

Kimlər üçün nəzərdə tutulub
Baş mühasiblər və onların müavinləri, Maliyyə menecerlər, Daxili audit

Proqramın qısa məzmunu​:

Təqdimat və ilkin test

Modul 1. MHBS prinsipləri

  • Mühasibat uçotunun standartları şurası
  • Maliyyə hesabatlarının hazırlanması və tərtibi prinsipləri
  • Maliyyə hesabatlarının təqdim edilməsi standartı
  • Uçot siyasətləri, mühasibat qiymətləndirilmələrində dəyişikliklər və səhvlər
  • Uzunmüddətli aktivlərin uçot qaydaları


Modul 2. Aktivlər

  • Aktivlərin dəyərdən düşməsi
  • Ehtiyatlar, şərti öhdəliklər və şərti aktivlər
  • İşçilərə ödənişlər və təqaüd planlarının mühasibatı və hesabatının hazırlanması
  • Təxirə salınmış vergilər
  • Əlaqəli tərəflərlə aparılan əməliyyatlar


Modul 3. Maliyyə alətləri

  • Maliyyə alətləri: açıqlamalar və təqdimat
  • Maliyyə alətləri: tanınma və qiymətləndirmə
  • Maliyyə alətləri: Məlumatların açıqlanması


Modul 4. Konsolidasiya

  • Konsolidə edilmiş maliyyə hesabatı
  • Assosiativ müəssisələrə investisiyaların uçotu
  • Birgə müəssisələrdə iştirak
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
  • Hesabat tarixindən sonra baş verən hadisələrin uçotu


Yekun test

Kursun sonunda dinləyicilər aşağıdakıları biləcəklər:

  • MHBS-ın yaranma tarixi və yaranması zəruriliyini,
  • Maliyyə aktivlərinə aid olan standartlarını və onların istifadəsi,
  • MHBS-ın tələblərini və onun praktikada tətbiqini,
  • Aktiv və passivlərin, eləcə də balansarxası öhdəliklərin uçotunun mahiyyətini və aparılması qaydalarını,
  • Mühasibat uçotunun prinsiplərini,
  • Amortizasiya hesablanmasına dair MHBS-ın tələblərini,
  • Konsolidə (icmal) hesabatların hazırlanmasını.
Azər Əliyev
Azər Əliyev

Təlimçi | Məsləhətçi

Təhsili

  • Azərbaycan Dövlət İqtisad İnstitutu, maliyyə kredit fakültəsi, fərqlənmə diplomu, 1993
  • Moscow Technological Institute «WTU» – 2011
    Moscow Business School, МВА – 2011


İş təcrübəsi

  • 2015-ci ildən Azərbaycan Respublikası Mərkəzi Bankı – maliyyə idarəetməsi departamentinin direktor müavini, Büdcə və maliyyə nəzarəti şöbəsinin rəisi
  • 2006-2015-ci illər Azərbaycan Respublikası Mərkəzi Bankı – maliyyə idarəetməsi departamentinin direktor müavini
  • 2000-2006 Azərbaycan Respublikası Mərkəzi Bankı – mühasibat uçotunun metodologiyası şöbəsinin rəisi
  • 1995-2000-ci illər, Azərbaycan Respublikası Milli (Mərkəzi) Bankı, mühasibat uçotu və hesabatı departamenti, baş iqtisadçı
  • 1993-1994-ci illər, Azərbaycan Respublikası Milli (Mərkəzi) Bankı, banklararası hesablaşmalar idarəsi, aparıcı iqtisadçı


Xüsusi nailiyyətləri:

  • Bank sistemində mühasibat uçotunun MHBS-yə keçid, hesablar planının hazırlanması və tətbiqi layihələri
  • Mərkəzi Bankda fəaliyyət əsaslı xərc mühasibatlığının (Activity Based Costing) tətbiqi
  • Azərbaycanda Mühasibat Uçotu üzrə Məsləhət Şurasının üzvü


Aparılan təlim mövzuları:

  • Mühasibat uçotu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, daxili audit, büdcə və maliyyə nəzarəti, maliyyə təhlili, strateji idarəetmə