We are discovering new horizons

We are discovering new horizons

Unportable Real estate appraisal

8 saat
200 AZN
Rus

Kimlər üçün nəzərdə tutulub

Banklarda və kredit təşkilatlarında daşınar əmlakın qiymətləndirilməsi ilə məşğul olan şəxslər

Proqramın qısa məzmunu

Modul 1.

  • Qiymətləndirmədə müqayisəli yanaşmadan istifadə edilməklə qiymətləndirmənin həyata keçirilməsi. Analoji əmlakın seçilməsi və bazar məlumatlarının hazırlanması qaydaları. Daşınar əmlakın qiymətləndirilməsində müqayisəli yanaşmanın metodları.
  • Analoji əmlakla birbaşa müqayisə üsulu. Qiymətləndirməyə nümunələr.

 

Modul 2.

  • Qiymətləndirmədə gəlir yanaşması. Daşınar əmlakın qiymətləndirilməsində gəlir yanaşmasından istifadəsinin xüsusiyyətləri. Kapitallaşdırma metodu. Daşınar əmlakdan istifadədən xalis əməliyyat gəlirinin hesablanmasının xüsusiyyətləri. Kapitallaşdırma dərəcəsinin hesablanmış qiymətinin müəyyən edilməsi. Hesablama nümunələri.

 

Modul 3.

  • Faktorinq kimi əməliyyatlarda pul axınlarının diskontlaşdırılması üsulu. Daşınar əmlakdan istifadədən pul axınının formalaşdırılmasının xüsusiyyətləri. Diskont dərəcəsinin hesablanmış qiymətinin müəyyən edilməsi. Hesablama nümunələri.

 

Modul 4.

  • Maşın, avadanlıq və digər daşınar əmlakın qiymətləndirilməsində xərc yanaşması. Maşın və avadanlıqların fiziki, funksional və iqtisadi köhnəlməsinin ölçülməsi. Məcmu köhnəlmənin müəyyən edilməsi. Hesablama nümunələri. Xərc yanaşmasının metodları.
  • Yeni identik əmlakla müqayisə metodu. Analoji faydalı keyfiyyətləri olan yeni əmlaklarla müqayisə metodu. Hesablama nümunələri.

 

Modul 5.

  • Debitor borcların (DB) qiymətləndirilməsi. DB-nin qiymətləndirilməsinin metodoloji üslubları. Debitor borcların qiymətləndirilməsi nümunəsində maliyyə aktivlərinin qiymətləndirilməsinin xüsusiyyətləri. Debitor borcların yaranması müddətləri, debitorun statusu və maliyyə vəziyyəti, habelə debitor borcların qaytarılması imkanlarını müəyyən edən digər xüsusiyyətlər əsasında risklərin təhlili və qiymətləndirilməsi.

 

Modul 6.

  • Kənd təsərrüfatı məhsul və heyvanlarının qiymətləndirilməsinin xüsusiyyətləri. Kənd təsərrüfatı məhsul və heyvanlarının uçotunun xüsusiyyətləri.

 

Modul 7.

  • Kənd təsərrüfatı məhsul və heyvanlarının dəyər qiymətləndirilməsinin metodologiyası: buynuzlu mal-qaranın qiymətləndirilməsi, (yığılmış) məhsulun qiymətləndirilməsi, quru ot, saman və silosun qiymətləndirilməsi, kök quruluşuna əsasən məhsuldarlığın qiymətləndirilməsi.

 

Modul 8.

  • Mal-material ehtiyatlarının (MME) qiymətləndirilməsinin xüsusiyyətləri. MME komponentlərinin maliyyə və qiymətləndirmə təhlili. MME-lərin likvidliyinin təhlili.
Nüsrət İbrahimov
Nüsrət İbrahimov

Təlimçi

Təhsili

  • 1984 –cü il Azərbaycan Politexnik İnstitutu, mexanika fakültəsi

 

İş təcrübəsi

  • 1975-2000 Xəzər Dəniz Gəmi Təmiri (və Tikintisi) İstehsalat Birliyi, çilingər-baş direktora qədər
  • 2000-2008-ci illər müxtəlif şirkətlərdə texniki direktor, icraçı direktor
  • 2008-ci ildən bu günə qədər “MBA Consulting” şirkətinin təsisçisi və direktoru
  • 2017-ci ildən bu günə qədər Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri

 

Beynəlxalq Sertifikatlar:

  • Daşınmaz əmlakların qiymətləndirilməsi, 2009

 

Xüsusi nailiyyətləri:

  • 100-dən yuxarı təlim
  • 100-dən artıq bazar araşdfırmaları layihələrində layihə rəhbəri və əsas məsləhətçi

 

Digər:

  • Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvü, Bakı Reeltorlar Assosiasiyasının həmtəsisçisi

 

Aparılan təlim mövzuları:

  • Daşınar və daşınmaz əmlakların qiymətləndirilməsi, biznes planların hazırlanması

 

Təqdim edilən məsləhət xidmətləri:

  • Daşınmaz əmlak bazarı üzrə məsləhət