We are discovering new horizons

We are discovering new horizons

Stress testing

8 saat
300 AZN
Azərbaycan

Kimlər üçün nəzərdə tutulub:
Kredit təşkilatlarının risk menecerləri, Kredit təşkilatının kredit, xəzinədarlıq üzrə menecerləri, Daxili auditorlar

Proqramın qısa məzmunu​:

Təqdimat və ilkin test

Modul 1. Stress testləşmənin mahiyyəti

  • Stress testləşmənin mahiyyəti, Bazel prinsipləri
  • Beynəlxalq təcrübədə stress testlər
  • Mərkəzi Bankın stress testlərə baxışı, normativ aktlar və tələblər


Modul 2. Stress testin növləri

  • Makro səviyyəli stress test
  • Mikro səviyyəli stress test
  • Portfel və digər həssaslıq təhlilləri


Modul 3. Stress testləşmənin təşkili və metodlar

  • Hazırda banklarda istifadə edilən stres testlərinə baxış
  • Ssenari təhlili metodu
  • Həssaslıq stress testi


Modul 4. Stress testin praktiki tətbiqi yolları

  • Tək dəyişənli və çox dəyişənli stres test modellərinin qurulması (praktiki məşğələ)
  • Həssaslıq stress testinin qurulması (praktiki məşğələ)
  • Hipotetik bankın stress test nəticələrini əks etdirən göstəricilər


Yekun test

Kursun sonunda dinləyicilər aşağıdakıları biləcəklər:

  • Stress testləşmənin mahiyyəti və stress testləşmə üzrə beynəlxalq və yerli normaları,

  • Stress testləşmə aparılması üçün lazım olan infrastrukturu, məsul şəxslərin səlahiyyət və vəzifələrini,

  • Stress testləşmənin metodlarını, xüsusiyyətlərini və risk növü üzrə metodun seçilməsi meyarlarını,

  • Makro-mikro, eyni risk növünə müxtəlif metodların tətbiqi yollarını,

  • Tək dəyişənli və çox dəyişənli stres test modellərinin qurulmasını

  • Stress testləşmənin praktiki aparılması üsullarını

  • Stress test sonrasında bankın maliyyə nəticələrinin təhlili və risk profilinin müəyyən edilməsi.

Asim Zülfüqarov
Asim Zülfüqarov

Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorunun müavini

Təlimçi | Konsultant


Təhsili:

  • 2004-cü ildə Tükiyənin Marmara Universitetini “Bank işi” ixtisası
  • Avropanın müxtəlif ölkələrinin Mərkəzi Bankları tərəfindən keçirilən risklərin idarəedilməsi, makro prudensial tənzimləmə, bankların idarəedilməsi və işinin tənzimlənməsi, aktiv və passivlərin idarəedilməsi və digər mövzularda 20-dən yuxarı kurs, seminar və konfranslar


İş təcrübəsi:

  • 1999-cu ildə kommersiya banklarında mühasib
  • 2006-cı ildən etibarən Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar Departamentində iqtisadçı, aparıcı iqtisadçı, böyük iqtisadçı
  • AMB-nin Tədqiqatlar Departamentinin Maliyyə sektorunun araşrıdmaları şöbəsinin rəisi
  • 2016-cı ilin may ayından etibarən Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru


Digər nailiyyətlər:

  • Bank sektoruna və maliyyə sektorunda risklərə aid 14 elmi tədqiqat aparmış, onun müxtəlif beynəlxalq dərgilərdə 7 elmi məqaləsi dərc edilmişdir.


Apardığı təlimlər:

2011-ci ildən etibarən Risklərin idarə edilməsi mövzularına aid təlim kursları